Bank Of Baku

Heydər Əliyev Fondu “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etdirib

Heydər Əliyev Fondu “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etdirib
# 19 fevral 2010 10:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ərəfəsində “Qarabağ həqiqətləri” toplusunu yapon dilində nəşr etdirib. Fondan APA-ya verilən məlumata görə, silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” adlı 5 bukletdən ibarətdir. Toplu Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Yaponiyanın Sənaye və Mədəni İnkişaf üzrə Təşkilatının (“OİSCA-İnternational”) köməyi ilə nəşr olunub.

Bukletlər fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə Azərbaycanın xəritəsi verilib və burada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri göstərilib.

Eyni zamanda bukletlərdə münaqişə nəticəsində dəymiş ziyan, işğal aktının qurbanları və s. məlumatlar yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR