Bank Of Baku

Beynəlxalq Diaspora Mərkəzi “Xocalıya ədalət” kampaniyasına dəstək çərçivəsində Belarus, Polşa və Çexiyanın universitetlərində görüşlər keçirir - FOTO

Beynəlxalq Diaspora Mərkəzi “Xocalıya ədalət” kampaniyasına dəstək çərçivəsində Belarus, Polşa və Çexiyanın universitetlərində görüşlər keçirir - <font color=red>FOTO</font>
# 22 fevral 2010 08:39 (UTC +04:00)
Praqa-APA. İKT Gənclər Forumunun “Mədəniyyətlərarası dialoq” layihəsinin baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq Beynəlxalq Diaspora Mərkəzi millət vəkili Gülər Əhmədova ilə birlikdə Belarus, Polşa və Çexiyanın universitetlərində rektor-müəllim heyətinin iştirakı ilə dəyirmi masalar, görüşlər keçirir. Millət vəkili Gülər Əhmədovanın APA-ya verdiyi məlumata görə, heyət fevralın 18-dən 20-dək Belarus Dövlət İqtisad Universitetində, Yanka Kupala adına Qrodno Dövlət Universitetində, Baranoviç Dövlət Universitetində dəyirmi masalar, parlamentin üzvü Svetlana Piş ilə rəsmi görüş, Baranoviç şəhər icra hakimiyyətində, Şəhər Şurasında görüşlər keçiriblər. Görüşlərdə çıxış edən “Diasporun səsi” jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı, millət vəkili Gülər Əliyeva kampaniya haqqında geniş məlumat veriblər. Heyətin Polşa və Çexiyada keçirəcəyi tədbirlərə bu gün start veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR