Bank Of Baku

Fevralın 26-da Azərbaycanın Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq

Fevralın 26-da Azərbaycanın Xocalı və Çexiyanın Lidiçe şəhərlərinin qardaşlaşması barədə protokol imzalanacaq
# 22 fevral 2010 09:27 (UTC +04:00)
Bakı-APA. Fevralın 26-da Xocalı və Lidiçe şəhərlərinin icra hakimiyyəti başçıları bu şəhərlərin qardaşlaşması barədə protokol imzalayacaqlar. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Praqada fəaliyyət göstərən Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov bildirib ki, Bu, Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbir çərçivəsində baş tutacaq. Həmin gün Lidiçe muzeyində Heydər Əliyev Fondunun hazırladığı fotosərgi təqdim olunacaq, çexiyalı mütəxəssis Helena Masnikova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə ilə çıxış edəcək və Xocalı qətliamından bəhs edən sənədli film göstəriləcək. Tədbirdə Çexiyanın mədəniyyət naziri Vatslav Riedlbauch, Çexiya Parlamenti və Senatının, Çexiyadakı diplomatik korpusun əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı Şəhər İcra Hakimiyyətinin, bu ölkədəki diasporumuzun nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, Lidiçe şəhər rəhbərliyinin qərarına görə, bu şəhərdəki küçələrdən birinə Xocalı adı veriləcək. Bu barədə rəsmi qərarı bir neçə gün əvvəl Lidiçe şəhər icra hakimiyyətinin başçısı Yozef Klima “Azər-Çex” Cəmiyyətinə təqdim edib.

Xatırladaq ki, Lidiçe 1942-ci ildə alman faşistləri tərəfindən yerlə-yeksan edilib, əhalisi terrora məruz qalıb. Xocalı və Lidiçe faciələrinin oxşarlığı Azər-Çex Cəmiyyətinin 2007-ci il fevralın 26-da Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş, 3 ay davam edən silsilə tədbirlər keçirməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR