Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə silsilə  tədbirlər  həyata keçirəcək
# 23 fevral 2010 09:55 (UTC +04:00)
Ankara-APA. Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirəcək. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində fevralın 24-də Qazi Universitetinin diş həkimliyi fakültəsində “Azərbaycanda qanayan yara; Xocalı qətliamı” mövzusunda konfrans həyata keçiriləcək. Fevralın 25-də isə yenə həmin universitetin Qazi Universitetinin “Memar Kəmaləddin” salonunda “Xocalı qətliamı – sözün bitdiyi yer” adı altında tədbir həyata keçiriləcək. Tədbirdə “Xocalıya ədalət” kampaniyasının Ankara üzrə təmsilçiliyinin, səfirliyin dəstəyi ilə açdığı, www.hocaliyaadalet-tr.com saytının da təqdimetmə mərasimi olacaq, imza toplama kampaniyası keçiriləcək. Fevralın 26-da Ankaranın Keçiören bələdiyyəsində tədbirlər silsiləsi həyata keçiriləcək. İlk olaraq bələdiyyədəki “Xocalı qətliamı qurbanları” abidəsinin önünə əklil qoyulacaq, nitqlər söyləniləcək. Sonra “Esterqon” qalasında “Xocalıda yaşanan dram” adlı sərgi açılacaq. Sərginin açılışından sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı qətliamı” filmi nümayiş etdiriləcək, “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzalar toplanacaq. Sərgi 1 həftə davam edəcək. Saat 15.00-da isə “Xocalını unutmayaq, unutdurmayaq” başlıqlı konfrans həyata keçiriləcək. Bundan başqa səfirliyimiz tərəfindən Ankarada fəaliyyət göstərən səfirliklərə və Türkiyə Xarici İşlər Nazirliyinə press-relizlər göndəriləcək. Yerli KİV-lərdə faciəni işıqlandıran yazılar dərc olunacaq, fevralın 26-da TRT-Avaz kanalının canlı yayınında səfirliyin Xocalı tədbirlərində iştirak və çıxış etmək üçün dəvət etdiyi professor və müəllim heyəti iştirak edəcək. Həmçinin Ankarada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə müxtəlif təhsil ocaqlarında anım günləri keçirilməsi nəzərdə tutulur. Səfirliyin bütün tədbirlərində Ankarada təhsil alan tələbələr, müdavimlər, soydaşlarımız, QHT-nin nümayəndələri, rəsmi nümayəndələr, ölkədəki səfirliklərin rəhbərləri, Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarının müəllim və tələbə heyəti iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR