Bank Of Baku

Litvada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı təbliğat tədbirləri və anım mərasimləri keçirilir

Litvada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı təbliğat tədbirləri və anım mərasimləri keçirilir
# 23 fevral 2010 12:10 (UTC +04:00)
Bakı-APA. Litva Azərbaycanlıları Cəmiyyəti (LAC) Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırım həqiqətlərinin Litva ictimaiyyətinə və siyasi dairələrinə çatdırılması məqsədilə bir sıra təbliğat tədbirləri və anım mərasimləri keçirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəmiyyətin sədri Mahir Həmzəyev bildirib ki, LAC-ın təşəbbüsü ilə Litvanın www.slaptai.lt saytında Xocalı faciəsi haqqında geniş analitik məqalə və görüntülər yerləşdirilib. Məqalənin müəllifi tanınmış Litva jurnalisti və naşiri Gintaras Visotskasdır.
Sözügedən təbliğat materialları həmçinin Kaunas şəhərində litva dilində nəşr olunan "XXI əsr" ("XXI amžius") adlı qəzetin fevralın 24-də çıxacaq sayında da dərc olunacaq. Bunlardan əlavə, Cəmiyyətin təklifi və dəstəyi ilə Litva radiosunda qanlı Xocalı hadisələrinin obyektiv işıqlandırılmasına və onlara düzgün hüquqi-siyasi qiymət verilməsinə həsr edilmiş Litva dilində veriliş yayımlanacaq. Verilişdə yerli tarixçilər, beynəlxalq icmalçılar və politoloqlarla bərabər Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev də iştirak edəcək və soyqırım haqqında faktları və Azərbaycanın haqqlı mövqeyini ictimaiyyətə tədim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR