Bank Of Baku

“İrəli” İctimai Birliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Avropanın 9 ölkəsində aksiyalar keçirir

“İrəli” İctimai Birliyi Xocalı soyqırımının ildönümü ilə bağlı Avropanın 9 ölkəsində aksiyalar keçirir
# 23 fevral 2010 13:32 (UTC +04:00)
Bakı. İbad Bağırov-APA. “İrəli” İctimai Birliyinin qərargahında Xocalı faciəsinin ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, birliyin sədri Ceyhun Osmanlı bildirib ki, təşkilat bu faciənin ildönümü ilə əlaqədar əsasən xarici auditoriyalara yönəlmiş aksiyalara start verib. “İrəli” fevralın 20-dən Avropanın 9 ölkəsində “Erməni təcavüzünə son qoyaq” adı altında aksiyalar keçirir. Fevralın 27-dək davam edəcək aksiyalar çərçivəsində dinc yürüşlər, tədbirlər təşkil olunacaq. Həmçinin aksiyalar çərçivəsində Heydər Əliyev Fondu tərəfindən verilən, Xocalı soyqırımı ilə bağlı materiallar, kitablar bu ölkələrdəki ictimai xadimlərə veriləcək. Ceyhun Osmanlı bu aksiyaların keçirilməsi ilə əlaqədar olaraq həmin ölkələrin müvafiq orqanlarından icazə alındığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR