Bank Of Baku

Osloda “Azərbaycan və həll olunmamış Qarabağ münaqişəsi” və “Norveçin regionun inkişafında rolu” mövzusunda dəyirmi masa keçiriləcək

Osloda “Azərbaycan və həll olunmamış Qarabağ münaqişəsi” və “Norveçin regionun inkişafında rolu” mövzusunda dəyirmi masa keçiriləcək
# 23 fevral 2010 14:07 (UTC +04:00)
Bakı-APA. Norveçin paytaxtı Oslo şəhərində Oslo Universitetinin Siyasi Elmlər fakültəsinin “Sülh və münaqişələrin həlli” proqramının və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş “Azərbaycan və həll olunmamış Qarabağ münaqişəsi” və “Norveçin regionun inkişafında rolu” mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəyirmi masada Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Helsinki Komitəsinin direktor müavini Gunnar M. Ekelöv-Slydal, Norveç Xarici İşlər Nazirliyinin qlobal təhlükəsizlik və MDB ölkələri departamentinin direktor müavini Bord İvar Svendsen və Statiol Norveç neft şirkətinin sosial cavabdehlik şöbəsinin məsləhətçisi Hokon F.Nordanq iştirak edəcəklər. NAYO-nun sədri Ramil Əliyevin Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə verdiyi məlumata görə, tədbirdə “Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar”, “Xocalı soyqırımı-bəşəriyyətin faciəsi” mövzuları ətrafında çıxışlar səslənəcək. O bildirib ki, Xocalı soyqırımı Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Belə günlərdə bütün dünyada yaşayan azərbaycanlılar həmrəy olmalı və qətlə yetirilmiş günahsız soydaşlarımızın qatillərininin cəzalandırılması üçün haqq səsini ucaltmalıdır. Oslo Universiteti siyasi elmlər fakültəsinin “Sülh və münaqişələrin həlli” proqramının professor və müəllim heyətinin, əcnəbi tələbələrin, bir sıra xarici ölkənin Norveçdəki fövqəladə və səlahiyyətli səfirliklərinin əməkdaşlarının, media nümayəndələrinin və Azərbaycan icmasının təmsilçilərinin də qatılacağı tədbirdə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumatla yanaşı Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi də təqdim olunacaq və faciə haqqında bilgiləri əks etdirən bukletlər paylanacaq.
Həmçinin tədbir çərçivəsində NAYO-nun üzvü olan yerli icma nümayəndələri Xocalı soyqırımı ilə bağlı həqiqətləri beynəlxalq aləmdə yaymaq məqsədilə nüfuzlu beynəlxalq təşkilatların e-mail ünvanlarına faciə ilə bağlı məlumat göndərəcək, xarici ölkələrin tanınmış ictimai-siyasi xadimlərinə məktublar ünvanlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR