Bank Of Baku

Strasburqda Xocalı mitinqi keçiriləcək

Strasburqda Xocalı mitinqi keçiriləcək
# 23 fevral 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq “Azərbaycan Evi” ilə birlikdə Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirəcək. ATXƏM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fevralın 24-28-də Strasburq şəhərində keçiriləcək tədbirlərdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayılov da iştirak edəcək. Fevralın 27-də şəhərin Kileber meydanında Xocalı mitinqinin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR