Bank Of Baku

Gürcüstanda Xocalı soyqırımı qurbanları anılıb - FOTOSESSİYA

Gürcüstanda Xocalı soyqırımı qurbanları anılıb - <font color=red>FOTOSESSİYA</font>
# 23 fevral 2010 14:58 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli rayonunda Azərbaycanlıların Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri mərkəzin rəhbəri Fazil Həsənov açaraq tədbirdə iştirak edən Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələrinə Xocalı soyqırımı, erməni vəhşiliyi barədə danışıb. Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev isə soyqırımın bütün ölkələrdə qeyd olunduğunu və İslam Konfransı Təşkilatı Gənclər Forumunun rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına başlandığını bildirib.
Toplantıda iştirak edənlər - gürcülər və azərbaycanlılar Xocalı soyqırımının beynəlxalq hüquq prinsipləri əsasında tanınması və cinayətkarların ədalət məhkəməsinə verilməsi üçün imza toplama mərasiminə qoşularaq öz imzalarını “Xocalıya Ədalət” şüarı altında bəyannaməyə qeyd ediblər.
Tədbirdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili, ehtiyatda olan general-mayor Cimşer Sxirtladze, Türkiyədən gəlmiş tələbə Nurlan Məmişov, Tiflisdə gürcü ali məktəbində təhsil alan Samirə Bayramova, yazıçı Əli Abbas, tarix müəllimi Nərgiz Nəbiyeva çıxış ediblər.
Tədbir zamanı mərkəzin foyesində foto və kitab sərgiləri nümayiş etdirilib.

Kvemo-Kartli bölgə qubernatorunun müavini Koba Kobiaşvili APA-ya açıqlamasında bildirib ki, Xocalı soyqırımını törədənlərin layiqli cəza alacaqlarına inanırlar: “İstər Azərbaycan olsun, istərsə də Gürcüstan – hər iki ölkə heç zaman öz işğal olunmuş torpaqlarını heç kimə bağışlamayacaq. Vaxt olacaq ki, Gürcüstan itirilmiş torpaqlarını, Azərbaycan da Qarabağı qaytaracaq. Buna vaxt və zaman lazımdır. Azərbaycan prezidenti elan edəndə ki, lazım gələrsə, biz öz torpaqlarımızı güc yolu ilə azad edəcəyik, onda bütün dünya ayağa qalxdı. Bəs nə üçün BMT və digər mötəbər təşkilatların tarixi qərarlarının yerinə yetirilməsinə kömək edən yoxdur? Belə olan təqdirdə deyin görək, biz hansı yolla torpaqlarımızı azad edək? Daha adam belə bir mövzuda danışmağa da utanır. Cinayətkar öz layiqli cəzasını beynəlxalq hüquq prinsiplərinə uyğun almalıdır”.

Qeyd edək ki, bu gün Xocalı soyqırımın 18-ci ildönümünə həsr edilmiş tədbirlər və imza toplama mərasimi Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Qardabani və Dmanisi rayonlarında da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR