Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu BMT-nin 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsi qərarını alqışlayıb

ABŞ-dakı Azərbaycan diasporu BMT-nin 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etməsi qərarını alqışlayıb
# 24 fevral 2010 07:42 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-da yaşayan Azərbaycan diasporu BMT Baş Assambleyasının Novruz bayramını beynəlxalq irsin bir hissəsi elan etmək barədə qərarını alqışlayıb. Diaspora təmsilçiləri APA-nın Vaşinqton müxbirinə bildiriblər ki, Azərbaycanda bahar bayramı kimi qeyd edilən Novruz Yaxın Şərqdən və Anadoludan tutmuş Mərkəzi Asiyaya qədər bütün millətlər tərəfindən əsrlər boyu bayram edilib: “BMT Baş Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatın qərarı bundan sonra Novruzun bir millətə və ya mədəniyyətə aid edilməsinin qarşısını alacaq və qlobal bəşər irsinin bir hissəsinə çevirəcək. Biz 2010-cu il 21 mart tarixini ilk dəfə Beynəlxalq Novruz Günü kimi qeyd etməyə hazırlaşırıq”.

Xatırladaq ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin təşəbbüsü ilə bu həftə BMT Baş Assambleyası 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi tanınması barədə qətnamə qəbul edib. BMT Baş Assambleyasının 64-cü sessiyasında qətnamənin qəbulundan əvvəl Beynəlxalq Novruz Günü barədə qətnamə layihəsi BMT üzvləri – Əfqanıstan, Azərbaycan, İran, Qazaxıstan, Tacikistan, Türkiyə və Türkmənistan tərəfdən nəzərdən keçirilib. 2009-cu il sentyabrın 1-də, UNESCO da Novruzu bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR