Bank Of Baku

Kölndə Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək

Kölndə Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək
# 24 fevral 2010 13:46 (UTC +04:00)
Bakı-APA. Fevralın 26-da Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə əlaqədər konfrans keçiriləcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda DAK rəhbərliyi, o cümlədən Almaniyanın müxtəlif şəhərlərində yaşayan quzeyli-güneyli soydaşlarımız iştirak edəcəklər. Tədbirdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılacaq, həmçinin dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək. Konfransın yekununda isə beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq. Artıq DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli Almaniyaya yola düşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR