Bank Of Baku

Gürcüstan reinteqrasiya nazirliyinin təşəbbüsü ilə Marneulidə Azərbaycan dilli məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib

Gürcüstan reinteqrasiya nazirliyinin təşəbbüsü ilə Marneulidə Azərbaycan dilli məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirilib
# 24 fevral 2010 16:37 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Marneuli şəhərindəki Mədəniyyət Evində Gürcüstan Reinteqrasiya Nazirliyinin təşəbbüsü ilə yuxarı sinif şagirdləri ilə görüş təşkil olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli, Qardabani məktəblilərinin iştirak etdiyi görüş “Gürcü ali təhsil məktəblərinə qəbul qaydaları” mövzusunda keçirilib. Tədbiri giriş sözü ilə Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze açıb. Görüşdə Gürcüstan elm və təhsil nazirliyinin milli imtahan mərkəzinin mütəxəssisi Sofiya Georqadze yuxarı sinif şagirdlərinə qəbul qaydaları barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. S.Georqadze qeyd edib ki, qəbul üçün sənədlər mart ayının 22-nə kimi qəbul ediləcək: “İstər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndələri gürcü ali məktəbinə qəbul olmaq üçün iyulun 1-dən sonra ümumi qabiliyyətdən öz ana dilində bir imtahan verdikdən sonra bir il xüsusi hazırlanmış gürcü dili təhsil proqramı əsasında gürcü dilini öyrənəcək və 60 bal topladıqdan sonra birillik kurs bitirməyi barədə sertifikat alandan sonra abiturientin özünün seçdiyi akreditə olunmuş hər hansı ali məktəbdə ixtisas seçməklə təhsilini davam etdirəcək. Məsələn, Cavaxişvili adına Tiflis Dövlət Universitetinin 126 tələbə qəbul etmək imkanı var. Burada illik təhsil haqqı 2250 larıdır. Mart ayının sonuna kimi tələbələrə maliyə sarıdan ediləcək güzəştlər də hazır olacaq. Bu məsələ barədə hələlik iş gedir. Onu da qeyd edim ki, abiturient təhsil zamanı verdiyi imtahanlardan nə qədər yüksək bal toplayarsa, o qədər az təhsil haqqı ödəyəcək. Ali məktəbin bakalavr sisteminə qəbul olunan abiturient bir il və əlavə 4 il təhsil alacaq. Daha sonra bakalavr dərəcəsini bitirən hər bir azərbaycanlı tələbə gürcü və yaxud rus dilində 4 imtahan verərək ikiillik magistraturaya qəbul ola bilər”.

Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze APA-ya açıqlamasında bildirib ki, bu il azərbaycanlı abiturientlər güzəştli şərtlərlə öz ana dilində məntiqdən imtahan verərək müəyyən bal toplayıb baryeri aşarsa, onlar istədikləri ali məktəbə qəbul ediləcəklər: “Bir il gürcü dilini öyrənib 60 kredit topladıqdan sonra digər imtahanları vermədən ikinci kursa daxil olurlar. Amma bundan sonra onlar təhsillərini gürcü dilində davam etdirəcəklər. Ona görə də bu gün biz qərara aldıq ki, təhsil sahəsində olan bütün yenilikləri onlara başa salaq. Qəbul imtahanları ilə bağlı sualları özündə aşıqlayan xüsusi qəzet sayı və kitab da nəşr edib şagirdlərin ixtiyarına vermişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR