Bank Of Baku

Moskvada Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Moskvada Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək
# 24 fevral 2010 16:47 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Fevralın 26-da Moskvada Rusiya Azərbaycan Gənclər Təşkilatı İKT Gənclər Forumu ilə birlikdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatını keçirəcək. APA-nın məlumatına görə, təqdimat mərasimi “Prezident-Otel” mehmanxana kompleksində baş tutacaq. Tədbir çərçivəsində Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri, İKT Gənclər Forumunun baş koordinatoru, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın çıxışı nəzərdə tutulur. Bundan başqa tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının yekunları müzakirə olunacaq, Yuri Pompeyin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçiriləcək. Tədbir çərçivəsində “Xocalıya ədalət” kampaniyası ili” adlı fotosərginin açılışı nəzərdə tutulur. Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov və başqaları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR