Bank Of Baku

Qənirə Paşayeva Almaniyaya gedib

Qənirə Paşayeva Almaniyaya gedib
# 25 fevral 2010 08:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin üzvü Qənirə Paşayeva Almaniyaya gedib. Milli Məclisdən APA-ya verilən məlumata görə, millət vəkili Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzi və Atatürk Düşüncə Mərkəzinin təşkilatçılığı ilə Berlin və Hamburq şəhərlərində keçiriləcək “Qafqazda barışıq yolunda Türkiyə - Azərbaycan münasibətlərinin rolu” mövzusuna həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Q. Paşayeva toplantılarda Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı çıxış edəcək. O, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində gördüyü işlər, İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın rəhbərliyi altında keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə iştirakçılara ətraflı məlumat verəcək, Azərbaycan və Türkiyə diasporlarının bu istiqamətdə səylərinin artırılmasının zəruriliyini diqqətə çatdıracaq.
Səfər fevralın 28-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR