Bank Of Baku

Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində görüş keçirilib

Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində görüş keçirilib
# 25 fevral 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Səbail rayonu ərazisində yaşayan məcburi köçkün ailələri ilə İcra Hakimiyyətinin görüşü keçirilib. İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman törətdiyi vəhşiliklər barədə danışıb. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verən A. Əsgərov prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə əmin olduğunu vurğulayıb.

Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov, Xocalıdan olan məcburi köçkünlər və başqaları çıxış ediblər. Görüşün sonunda Xocalı köçkünlərinə maddi və ərzaq yardımları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR