Bank Of Baku

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Niderlandda toplanan imzatoplama kampaniyasının nəticələri açıqlanacaq

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Niderlandda toplanan imzatoplama kampaniyasının nəticələri açıqlanacaq
# 25 fevral 2010 10:32 (UTC +04:00)
Amsterdam-APA. “Xocalıya ədalət” beynəlxalq informasiya kampaniyasının Niderland Komitəsi Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlər planını təsdiqləyib. APA-nın məlumatına görə, anım mərasimləri 2008-ci ildə Haaqada Azərbaycan-Türkiyə Cəmiyyəti tərəfindən Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısına xatirə çələngi qoymaqla başlayacaq. Həmin gün Amsterdam Açıq Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək. Konfransı “Xocalıya ədalət” beynəlxalq kampaniyasının Niderland Komitəsi və “Anadolulu tələbələr” qeyri-hökumət təşkilatının dəstəyi ilə baş tutacaq. Konfransda Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərovun, Almaniyada yaşayan yazıçı Orxan Arazın, Türkiyədən gəlmiş məşhur şair Yavuz Bülənd Bakilərin çıxışları nəzərdə tutulur. Daha sonra Amsterdam Universitetinin müəlliməsi, pianoçu Sara Krombaxın ifasında Azərbaycan mahnılarından ibarət matəm konserti keçiriləcək. Tədbirlər çərçivəsində “Xocalıya ədalət tələb edirik” fotosərgisinin təşkili, “Xocalıya ədalət” klipinin təqdimatı da planlaşdırılır. Konfransın sonunda “Xocalıya ədalət” kampaniyasının Niderland Komitəsinin sədri, Kral Ordeni cəngavəri Qert van Dam kampaniyaya dəstək çərçivəsində imzatoplama kampaniyasının nəticələrini açıqlayacaq. Xatırladaq ki, ötən il dekabrın 10-da - Beynəlxalq İnsan Haqları Günü başlayan kampaniya çərçivəsində 3 mindən artıq imza toplanıb. Tədbir ehsan mərasimi ilə başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR