Bank Of Baku

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının ildönümü dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımının ildönümü dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur
# 25 fevral 2010 15:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Fondan APA-ya verilən məlumata görə, soyqırıma həsr olunmuş silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Mərasimlərin hər il keçirildiyi şəhərlərin sırasına bu il Oslonun adı əlavə edilib. Anma mərasimlərində Fondun hazırladığı «Xocalı soyqırımı» filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Fondun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi «Xocalı uşaqların gözü ilə» mövzusunda rəsm müsabiqəsinin seçmələrindən ibarət ekspozisiyalar nümayiş olunacaq.

Anma mərasimlərində Fondun hazırladığı və beynəlxalq ictimaiyyətə ünvanlanmış «Qarabağ həqiqətləri» toplusunun və «Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması» kitabının yayımı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR