Bank Of Baku

Monreal Yəhudi İcma Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb - FOTOSESSİYA

Monreal Yəhudi İcma Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2010 18:02 (UTC +04:00)
Bakı-APA. Monrealın Yəhidu İcma mərkəzində Azərbaycanın Kanadadakı səfirliyi və Kvebek əyalətində yaşayan Azərbaycan icması birgə Xocalı faciəsinin qurbanlarına həsr olunmuş tədbir keçiriblər. Bu barədə APA-ya Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Tədbiri açan Kvebek Rusdilliləri Konqresinin nümayəndəsi Boris Perçenko Xocalı faciəsi qurbanlarının yad edilməsinin vacib olduğunu vurğulayıb.

Daha sonra, səfir Fərid Şəfiyev Xocalı faciəsi haqqında tədbir iştirakçılarına məlumat verdi və iştirakçıları «Xocalıya Ədalət» kampaniyasına qoşulmağa səsləyib.

Tədbir iştirakçılarına Azərbaycanın istehsalı olan «Dua» filmi təqdim edilib.

Tədbirdə Azərbaycan, rus, yəhudi və türk icmalarının nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR