Bank Of Baku

Kocaeli Sekaparkda tikiləcək Azərbaycan Evinin protokolu imzalanıb

Kocaeli Sekaparkda tikiləcək Azərbaycan Evinin protokolu imzalanıb
# 25 fevral 2010 21:41 (UTC +04:00)
Bakı-APA. Kocaeli Dolphin Yunus Emre Kültür Mərkəzində Xocalı qətliamının 18-ci ildönümü münasibətilə seminar keçirilib.

Seminarda çıxış edən Kocaeli bələdiyyəsinin sədr müavini İlyas Şəkər Xocalı qətliamının tarixin utanc verici olaylarından biri olduğunu söyləyib.

18 il öncə edilmiş bu zülmün heç vaxt unudulmayacağını dilə gətirən Şəkər, Xocalıda yüzlərcə türkün ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.

Şəkər, «ermənilərin «türklər ermənilərə qarşı soyqırım törətdilər» deyərək müxtəlif parlamentlərə qanun təklifləri verməsi və daha da pisi bunların qəbul edilməsi düşündürücü bir durumdur» deyə əlavə edib.

Tədbirin sonunda Sekaparkda Kocaelidə yaşayan azərbaycanlılar üçün tikilməsi planlaşdırılan Azərbaycan evinin protokolu Kocaeli bələdiyyəsinin sədr müavini İlyas Şəkər və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev tərəfindən imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR