Bank Of Baku

Berlində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib – FOTO

Berlində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib – <font color=red>FOTO</font>
# 26 fevral 2010 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. APA-nın məlumatına görə, Azərbaycanın Almaniyadakı səfirliyi və Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin birgə keçirdiyi tədbirdə bu ölkədə fəaliyyət göstərən bir sıra diaspora nümayəndələri, ekspertlər, elm və mədəniyyət xadimləri, eləcə də tələbə və aspirantlar iştirak edib. Tədbiri giriş sözü ilə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov açıb və 18 il bundan əvvəl törədilmiş Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi adlandırıb. Tədbirdə moderator rolunda Bundestaqın dövlət katibi Edvard Linter çıxış edib. Millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova görüşdə çıxış ediblər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbdə ikili standart mövqeyində yanaşılmasına təəssüf etdiklərini bildiriblər. Anım tədbirində Həvva Məmmədovanın Xocalı soyqırımı ilə bağlı kitabının təqdimatı da baş tutub.
Bu gün isə Qərbi Berlinin mərkəzində Xocalı soyqırımına həsr olunmuş küçə yürüşü keçirilib.
Qeyd edək ki, tədbir "Xocalıya ədalət" kampaniyası çərçivəsində kampaniyanın koordinatoru Samira Patzerin təşkilatçılığı ilə həyata kecirilib.

Xatırladaq ki, “Xocalıya ədalət” kampaniyası 2008-ci ilin 8 mayında, Şuşanın işğalının ildönümündə İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan olunub və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR