Bank Of Baku

Gürcüstan paytaxtındakı “Qafqaz Evi”ndə Xocalı soyqırımı yad edilib - FOTO

Gürcüstan paytaxtındakı “Qafqaz Evi”ndə Xocalı soyqırımı yad edilib - <font color=red>FOTO</font>
# 26 fevral 2010 13:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə “Qafqaz Evi”ndə Gürcüstan azərbaycanlılarının Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı anılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Konqresin sədri Əli Babayev açaraq tədbir iştirakçılarına keçən ilin 80-ci illərindən başlayaraq Qarabağ uğrunda erməni separatçılarının Azərbaycan torpaqlarında həyata keçirdiyi terror əməlləri barədə məlumat verib və Xocalı hadisələrini törədən bədnam erməni millətçilərinin vəhşiliyini, özlərinə məxsus olmayan torpaqları zəbt etməyə çalışdıqlarını, “Böyük Ermənistan” yaratmaq xülyası ilə qanlı ğırğınlar törətdiklərini söyləyib. Tədbirdə çıxış edən gürcü akademiki Mixail Kurdiani öz çıxışında Xocalı qurbanlarınınn xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov isə artıq işğal olunmuş torpaqların azad olunmasının vaxtı çatdığını vurğulayıb: “Düz 18 ildir ki, nə Amerika, nə Avropa, nə də diğər beynəlxalq təşkilatlar Xocalı soyqırımına hüquqi qiymət vermək istəmirlər. Eləcə də diğər qətnamələr yerinə yetirilmir. Biz müharibədən qorxmuruq. Dünyada 3-4 milyon erməni var, azərbaycanlılar isə 60 milyondan çoxdur. Ermənilərin hər yerdə törətdikləri terrorçuluq əməlləri hamıya bəllidir. Abxaziyada Baqramyan adına batalyonun tərkibində döyüşən erməni hərbiçilərinin vəhşiliklərini bütün dünya ictimaiyyətı bilir. İndi də ermənilər Borçalı torpağına, o cümlədən Cavaxetiyaya da göz dikiblər. Gəlin əl-ələ verək, çəkinmək lazım deyil”.

Gürcü akademiki, filologiya elmləri doktoru, professor Mixail Kurdiani APA-ya bildirib ki, elə cinayətlər var ki, onu Allahdan gizlətmək mümkün deyil, çünki Allah insanı yaradanda onun millətini də yaradıb: “İnsanı milli mənsubiyyətlərinə görə öldürən cinayətkar Allaha qarşı çıxır. Bu, soyqırımı adlanır. Bu gün bu soyqırım azərbaycanlıya, gürcüyə edilir. Mən Abxaziyada günahsız insanların necə öldürüldüyünü görmüşəm. Elə şeylər var ki, ona baxmaq olar, lakin yaddan çıxartmaq olmaz. Mən Xocalı haqqında filmə baxdım, elə hiss etdim ki, orada vəhşicəsinə öldürülənlər mənim qohumlarım, yaxınlarım, mənim ailəmdir.”

Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı Xocalı qurbanlarına aid film nümayiş etdirilib.

Tədbirdə azərbaycanlı, gürcü alimləri, ictimaiyyət nümayəndələri, qeyri hökumət təşkilatları, ombudsman aparatının nümayəndəsi və Tiflisin yaxın rayonlarından gəlmiş azərbaycanlılar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR