Bank Of Baku

Latviya və Estoniyada Xocalı soyqırımının 18-ci ildönümü həsr olunmuş bir sira tədbirlər keçirilib

Latviya və Estoniyada Xocalı soyqırımının 18-ci ildönümü həsr olunmuş bir sira tədbirlər keçirilib
# 26 fevral 2010 13:46 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu barədə APA-ya Azərbaycanın Latviyadakı səfirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycanın Latviya və Estoniyadakı səfiri Tofiq Zülfüqarov və Latviya Azərbaycanlılarının “Ocaq” Mədəniyyət mərkəzinin rəhbəri R.Əliyev çıxış ediblər.
Tədbirdə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım barədə toplantı iştirakçılarına elektron təqdimat şəklində məlumat verilib, videofilm nümayiş etdirilib. Tədbirin keçirildiyi salonda Xocalı faciəsinin dəhşətlərini nümayiş etdirən foto-ekspozisiya yerləşdirilib.
Tədbirdə Latviya Seyminin nümayəndələri, Latviya KİV nümayəndələri və həmin ölkənin ictimai xadimləri, Azərbaycanın Latviyadaki səfirliyinin əməkdaşları, diasporanın fəal üzvləri iştirak ediblər.
Qeyd edək ki, Xocalı soyqırımının 18-ci ildönümünün ərəfəsində Latviyanın ən tanınmış qəzetlərdən biri olan, böyük oxucu kütləsinə malik “Teleqraf” qəzetində Azərbaycana, onun müasir inkişafına, Azərbaycan-Latviya əlaqələrinə həsr edilmiş xüsusi buraxılış dərc edilib. Həmin buraxılışda Azərbaycanın Latviyadakı və Estoniyadakı səfiri Tofiq Zülfüqarovla müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını tam aşkarlığı ilə əks etdirən məlumata geniş yer ayrılıb.

Xocalı soyqırımının 18-ci ildönümünə əlaqədər Estoniyada Azərbaycan-Estoniya “Aydan” Mədəniyyət mərkəzində bu ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə anım tədbiri keçirilib. Tədbirdə iştirak edən azərbaycanlılar və dəvət olunmuş digər şəxslər www.justiceforkhojaly.org saytında həyata keçirilən Petisiyaya qoşulma aksiyasında iştirak ediblər. Eyni zamanda, Estoniya Parlamentinin üzvü, Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Eldar Əfəndiyev “Xocalıya Ədalət” kampaniyası barədə Estoniya Parlamentinin üzvlərini məlumatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR