Bank Of Baku

Kopenhagendə “Xocalıya ədalət” adlı elmi konfrans keçirilib

Kopenhagendə “Xocalıya ədalət” adlı elmi konfrans keçirilib
# 26 fevral 2010 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Danimarkanın paytaxtı Kopenhagendə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı “Xocalıya ədalət” adlı elmi konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfrans Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti və Danimarka Türk Cəmiyyətləri Birliyi tərəfindən təşkil olunub.

Toplantıda Kopenhagen Universitetinin tələbələri tərəfindən hazırlanmış “Gerçək soyqırım – Xocalı” adlı layihə konfrans iştirakçılarına təqdim edilib. Layihənin rəhbəri Ərdan Özdəmir çıxışında video, foto, audio və qrafik hissələrin ancaq faktlar əsasında yaradıldığını deyib. Danimarka - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Əlixan Hüseynov konfransda xəritə üzərində “Ermənilərin Xocalı soyqırımı planı” mövzusunda çıxış edib.

İştirakçılar bu ilin ikinci yarısında “Xocalıya yardım” adlı humanitar və məlumatlandırıcı kütləvi aksiyaların keçirilməsini qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR