Bank Of Baku

Gürcüstan İctimai Televiziyasının Azərbaycan dili redaksiyasının jurnalistləri işdən azad ediliblər

Gürcüstan İctimai Televiziyasının Azərbaycan dili redaksiyasının jurnalistləri işdən azad ediliblər
# 26 fevral 2010 15:09 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Gürcüstanın İctimai Televiziyasında çalışan azərbaycanlı jurnalistlər işdən azad ediliblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı APA-ya Gürcüstan Azərbaycanlılarının Konqresinin sədri Əli Babayev bildirib. Onun sözlərinə görə, uzun müddət bu televiziyada çalışan və illərlə Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini ictimaiyyətə çatdıran peşəkar jurnalistlər Gülgəz Əliyeva (redaktor), müxbirlər Emma Bayramova və Ramilə Əliyeva heç bir səbəb göstərilmədən işdən azad olunublar: (Diktor Araz Maşov (O, həm də Qardabani rayon icra hakimiyyəti başçısının müavinidir) və Zümrüd Qurbanov (Qeyrət Xalq Hərəkatı) isə işdə saxlanılıblar. Mən Konqresin sədri olaraq tələb edirəm ki, adı çəkilən jurnalistlərin işdən azadolma səbəbləri açıqlansın. Bununla bərabər tələb edirəm ki, vakant yerlərə işə müsabiqə yolu ilə azərbaycanlı jurnalistlər qəbul edilsin”.

Gürcüstan İctimai Televiziyasının Gürcüstandakı dillər üzrə verilişlər redaksiyasının baş prodüseri Zura Dvali APA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə milli televiziya sahəsində islahatlar gedir: “Buna görə də bu sahədə gedən ixtisarlar bizim televiziyanın verilişlərinə də təsirsiz ötüşməyib. Hər bir redaksiyada 2 nəfər saxlanılıb. Bu mərhələdə əgər əlavə maliyyə imkanı əldə etsək, mütləq bu jurnalistləri geri qaytaracaq və digər proqramlara daxil edəcəyik. Sizə bildirmək istəyirəm ki, Azərbaycan redaksiyasında 2 nəfər saxlanıb. Mart ayında əlavə vəsait tapsaq, müsabiqə yolu ilə işə qəbul olunanları proqramlara qəbul edəcəyik. Qeyd edim ki, bu mərhələdə birinci növbədə ixtisara düşmüş jurnalistlər işə qəbul ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR