Bank Of Baku

Xocalı faciəsi Los-Ancelesdə də anılıb

Xocalı faciəsi Los-Ancelesdə də anılıb
# 27 fevral 2010 09:07 (UTC +04:00)
Bakı – APA. Fevralın 25-də Azərbaycanın Los-Ancelesdəki Baş
Konsulluğunda Azərbaycan və Türkiyə icmalarının iştirakı ilə Xocalı
soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Konsulluqdan APA-ya verilən xəbərə görə, Baş Konsulluğun konsulu Elman Abdullayev Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən ağır yaralardan biri olduğunu və xaricdə yaşayan azərbaycanlılar, türklər tərəfindən bu soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Kaliforniya Los-Anceles Universitetinin müəllimi Altay Göyüşov isə bildirib ki, Azərbaycan xalqının öz azadlığının ilk illərində üzləşdiyi bu fəlakət gələcək nəsillərin yaddaşında əbədi qalacaq. O, Azərbaycan əhalisinin öz yurdlarından qovulmasından sonra işğal olunmuş Azərbaycan ərazilərində nəinki əhalinin, hətta Azərbaycana aid olan tarixi və mədəni abidələrin də məhv edildiyini söyləyib.

İştirakçılar arasında olan Doktor Nəriman Qasımoğlu tarixdə bir çox faciələrlə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqının hər zaman inkişafa meylli sülhsevər xalq olduğunu deyib.

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR