Bank Of Baku

Gürcüstandan olan azərbaycanlı hüquq müdafiəçisi İrlandiyada keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Gürcüstandan olan azərbaycanlı hüquq müdafiəçisi İrlandiyada keçirilən beynəlxalq konfransda iştirak edib - <font color=red>FOTO</font>
# 27 fevral 2010 11:49 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. İrlandiyanın Dublin şəhərində hüquq müdafiəçilərinin V Dublin platforması çərçivəsində beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Avropa İttifaqının “Frontlayn” adlanan təşkilatının dəvəti ilə həmin iclasda Kvemo-Kartlidə fəaliyyət göstərən “Vətəndaş İnkişafı İnstitutu” qeyri-hökumət təşkilatının sədri Əli Məmmədov da iştirak edib. Ə. Məmmədov APA-ya açıqlamasında qeyd edib ki, beynəlxalq konfransda hüquq müdafiəçilərinin öz ölkələrinin hüquqi vəziyyəti barədə məruzələr dinlənilib: “Fevral ayında baş tutan V Dublin konfransında 85 ölkədən dəvət olunmuş nümayəndələr iştirak edib. Mən bu konfransda Gürcüstanı təmsil edirdim. Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri mövzusunda çıxış edərək dövlət dilinin öyrədilməsində yaranan problemlərdən, məscidlərə dini statusun verilməməsindən, işsizlikdən və əhalinin sosial həyat tərzinin vəziyyətindən söhbət açdım. Konfransda eyni zamanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə mütəxəssisləri ilə söhbətlər apardım. Avropa rəsmiləri Cənubi Qafqaza səfər çərçivəsində Marneuliyə də gələcəklərini və milli azlıqların problemlərini dinləyəcəklərini bildirdilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR