Bank Of Baku

Xocalı faciəsini anma mərasimi Kanada radiosunda yayımlanıb

Xocalı faciəsini anma mərasimi Kanada radiosunda yayımlanıb
# 27 fevral 2010 21:45 (UTC +04:00)
Bakı-APA. Kanadanın Vankuver şəhərində Britiş Kolumbiya əyalətində yaşayan Azərbaycan icması tərəfindən Xocalı faciəsinin ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir ilk öncə Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə iştirak edən icma üzvləri öz çıxışlarında faciə qurbanlarının hər il anılmasının, faciənin dəhşətlərinin unudulmamasının, bu dəhşətləri törətmiş erməni cinayətkarlarının cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Tədbirdə çıxış edən Erməni-Azərbaycan münaqişəsinin şahidi, Dağlıq Qarabağdan olan qaçqın S. Əliyeva Xocalı qırğınının tək faciə olmadığını, müharibə zamanı bundan da dəhşətli cinayətlərin törədildiyini və ancaq bu hadisələrin lentlərdə, video-yazılarda deyil, şahidlərin yaddaşlarında qaldığını söyləyib.

Daha sonra, Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib, iştirakçılara həmçinin broşür və məlumat kitabçaları paylanıb. Vankuverdə fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan radiosunda da faciəyə dair məlumatlar yayımlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR