Bank Of Baku

Strasburqda Xocalı mitinqində insident baş verib

Strasburqda Xocalı mitinqində insident baş verib
# 27 fevral 2010 21:04 (UTC +04:00)
Bakı-APA. Fevralın 27-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Strasburq "Azərbaycan Evi" Strasburqun Kliber meydanında Xocalı mitinq-yürüşü keçirib.

ATXƏM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mitinqdə eyni zamanda Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları və ətraf şəhərlərdə fəaliyyət göstərən Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

300 nəfərdən çox insanın iştirak etdiyi mitinq zamanı ermənilər aksiyaya müdaxilə etməyə cəhd göstəriblər. İnsidentin böyüməsinə imkan verməyən Strasburq hüquq-mühafizə orqanları təxribatçıları Kliber meydanından uzaqlaşdırıblar.

Mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR