Bank Of Baku

DAK-ın XI Qurultayı bu il keçiriləcək

DAK-ın XI Qurultayı bu il keçiriləcək
# 03 mart 2010 02:24 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Bonn şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin növbəti iclası keçirilib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İclasda DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli qurultaydan sonra görülən işlər bağlı geniş məruzəylə çıxış ediblər. Bundan əlavə, yığıncaqda İrandakı müasir siyasi vəziyyət, Azərbaycan türklərinə qarşı artan təzyiqlər müzakirə edilib və bu ölkədə insan haqları pozuntularının dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi məqsədəuyğun sayılıb.

İclasın yekununda DAK-ın XI Qurultayının bu il keçirilməsi qərara alınıb. Bu məqsədlə Qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR