Bank Of Baku

Gürcüstandakı Azərbaycandilli məktəblərdə Azərbaycan dili müəllimləri çatışmır

Gürcüstandakı Azərbaycandilli məktəblərdə Azərbaycan dili müəllimləri çatışmır
# 04 mart 2010 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Mərdanov hər iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürcü məktəblərinin fəaliyyətindən bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunub.

İlk xarici səfərini məhz Azərbaycana etdiyini vurğulayan D. Kirkitadze isə Gürcüstanda azərbaycanlılar üçün yaradılmış şəraitdən, Azərbaycandilli məktəblərin təmiri və inkişafı üçün dövlətin ayırdığı vəsaitdən, təhsil sahəsində qarşıda duran məsələlərin həllindən, yeni qəbul edilmiş konsepsiyadan danışıb. Görüş zamanı Gürcüstandakı Azərbaycandilli məktəblərdə pedaqoji kadrların, xüsusilə Azərbaycan dili müəllimlərinin çatışmadığı nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülüb, eləcə də Azərbaycanda gürcü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR