Bank Of Baku

Almaniyada Azərbaycan günü keçirilib

Almaniyada Azərbaycan günü keçirilib
# 09 mart 2010 14:01 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Ziqen şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə birliyin sədri Samir Abbasov açıb. Sonra Birliyin maliyyə məsələləri üzrə koordinatoru Telman Əliyev “ATEİB-nin fəaliyyəti”, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Elşən Bağırzadə isə “Alman–Azərbaycan iqtisadi əməkdaşlığı: mövcud durum və perspektivlər” mövzularında çıxış ediblər. Azərbaycanlı tələbələr və elmi işçilər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Novruz süfrəsi təşkil edilib. Tədbirə Almaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı gənclər qatılıb. Frayberq, Kiel, Köln, Düsseldorf, Berlin şəhərlərindən tədbirə gələn tələbələr xüsusilə aktivlik göstəriblər.
Daha sonra ATEİB sədri Samir Abbasov və ADİU-nun müəllimi Elşən Bağırzadə Kölndə fəaliyyət göstərən Almaniya Gənc Türklər Ocağındakı “Türkiyənin Türk Dünyası ilə bağlı əməkdaşlıq və inkişaf strategiyaları” mövzusunda konfransda iştirak ediblər. Konfransda türk gəncliyinin və ümumilikdə türk dünyasının ictimai, iqtisadi və digər sahələrə aid problemləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR