Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

ABŞ-dakı Azərbaycan diasporu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
# 11 mart 2010 08:00 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-dakı Azərbaycan diaspora nümayəndələri və Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, 1918-ci il martın 31-də baş verən faciəli hadisələrlə əlaqədar bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Amerika Azərbaycanlıları Şəbəkəsindən APA-ya bildiriblər ki, onların yaydığı bəyanat ABŞ-ın bir sıra görkəmli tarixçi və ekspertlərinin fikrinə əsaslanır.

APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Amerikada yaşayan azərbaycanlılar bildirirlər ki, XX əsrdə ermənilərin törətdiyi soyqırımı nəticəsində bir milyona yaxın azərbaycanlı qətlə yetirilib.

“Ümumilikdə 2,5 milyon azərbaycanlı, türk, kürd, yəhudi, gürcü, çərkəz, tat, talış, ləzgi ermənilərin Xəzərdən Qara dənizə və Aralıq dənizinə qədər uzanan dövlət yaratmaq üçün apardıqları etnik təmizləmə siyasətinin qurbanına çevrilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR