Bank Of Baku

İsveç parlamentində qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsində türk və azərbaycanlı diasporlarının təmsilçiləri də iştirak edir

İsveç parlamentində qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsində türk və azərbaycanlı diasporlarının təmsilçiləri də iştirak edir
# 11 mart 2010 12:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İsveç parlamentinin xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” məsələsinin müzakirəsində bu ölkədə fəaliyyət göstərən türk və azərbaycanlı diasporlarının 60-a yaxın təmsilçisi iştirak edir. Bu barədə APA-ya “Azərbaycan Federasyonu – İsveç” təşkilatının sədri Səttar Sevgin məlumat verib. O xatırladıb ki, martın 2-də bu məsələ komitədən keçməyib: “Bu məsələni qaldıran əsasən Sol Partiyadan olan assuriyalılardır. Onlara Sosial-Demokrat Partiyası da dəstək verir. Onlar iddia edirlər ki, 1915-ci ildə yalnız ermənilər deyil, assuriyalılar və yunanlar da qırğına məruz qalıblar. Ümidvarıq ki, İsveç üçüncü bir dövlət kimi bu işə qarışmayacaq. Türkiyə bu məsələdə öz sözünü deyib və bildirib ki, bu tarixçilərə aid olan bir məsələdir. İsveçin üçüncü bir ölkə kimi bu məsələyə qarışması heç yaxşı təsir bağışlamayacaq. İsveç parlamenti qondarma “erməni soyqırımı”nı tanısa, Ermənistanın durumu daha da pisləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR