Bank Of Baku

Belçikada Novruz Bayramı ilə bağlı tədbir keçiriləcək

Belçikada Novruz Bayramı ilə bağlı tədbir keçiriləcək
# 11 mart 2010 22:54 (UTC +04:00)
Bakı-APA. Mart ayının 21-də Limburq Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Belçikanın Beringen şəhərində Novruz tədbiri keçiriləcək. Bu haqda APA-ya məlumatı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi verib.

A.Dəmirçi qeyd edib ki, belə tədbirlərin Belçikada keçirilməsi Azərbaycan haqqında təsəvvürlərin geniş yayılmasına kömək edir, həmçinin Azərbaycan türklərinin min illər boyu sahib olduğu milli-mənəvi dəyərlərin Avropada yaşayan soydaşlarımız arasında unudulmamağına səbəb olur. «Məhz hər il bu bayramı Avropada fəaliyyət göstərən diaspor qurumları yüksək səviyyədə keçirib, birliklərini nümayiş elətdirirlər. Bundan sonra ümummilli bayramlarımız yüksək səviyyədə təşkil olunacaq», deyə o bildirib.

Tədbir xalq musiqiləri davam edəcək. Azərbaycanda gələn xanəndə Teyyub Aslanov, kamançada Elşən Mansurov, tarda Əlağa Sadiyev tədbirə əlavə rəng verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR