Bank Of Baku

Yalta Şəhərsalma Şurası 232-ci atıcı diviziyanın komandiri Cəlil Nəcəfovun xatirəsinə ucaldılacaq abidənin eskizini təsdiqləyib - FOTO

Yalta Şəhərsalma Şurası 232-ci atıcı diviziyanın komandiri Cəlil Nəcəfovun xatirəsinə ucaldılacaq abidənin eskizini təsdiqləyib - <font color=red>FOTO</font>
# 12 mart 2010 15:28 (UTC +04:00)
Krım-APA. Yalta Şəhərsalma Şurası Böyük Vətən Müharibəsi dövründə Yaltanın faşist işğalından azad edilməsində mühüm rol oynayan 232-ci atıcı diviziyanın komandiri, podpolkovnik Cəlil Nəcəfovun xatirəsinə ucaldılacaq abidənin eskizini təsdiqləyib. Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, eskiz layihəsi Yaltanın baş arxitektoru Vladimir Pristupla razılaşdırılıb. Xatırladaq ki, Ağdam şəhərində doğulmuş azərbaycanlı qəhrəman həm də Yaltanın fəxri vətəndaşıdır. 2007-ci ildə Krımdakı Azərbaycan icmasının təşəbbüsü ilə Ukraynanın yay paytaxtının mərkəzi bağlarından birinə Cəlil Nəcəfovun adı verilib və bağda qəhrəmanın xatirə lövhəsinin vurulması barədə qərar qəbul edilib. Rəhim Hümbətov abidənin ucaldılmasına sponsorluq etmək istəyənləri əməkdaşlığa çağırıb. Mesenatların adı bağda vurulacaq xatirə lövhəsinə həkk olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR