Bank Of Baku

“Borçalı” cəmiyyətinin fəaliyyət proqramı qəbul edilib

“Borçalı” cəmiyyətinin fəaliyyət proqramı qəbul edilib
# 17 mart 2010 11:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Borçalı” cəmiyyətinin fəaliyyət proqramı qəbul edilib. Cəmiyyətin sədri Zəlimxan Məmmədli bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, proqramın hazırlanmasında onlarla elm adamı, mütəxəssislər iştirak edib. Onun sözlərinə görə, qəbul olunmuş proqramda 9 istiqamət öz əksini tapıb. Bunlar Azərbaycanın Gürcüstana yönəlik siyasətinin əsas prinsip və istiqamətləri, idarəetmədə vahid mərkəzin yaradılması, Gürcüstandakı azərbaycandilli ümumtəhsil müəssisələrində təhsil prosesinin təkmilləşdirilməsi, toponimlərlə bağlı, Gürcüstandakı Azərbaycan kənd və rayonlarının problemləri və digər məsələlərdir. Z. Məmmədlinin sözlərinə görə, Borçalı türkləri güclənər və ictimai-siyasi təşkilatlarda təmsil olunarlarsa, bu, onların imkanlarını daha da genişləndirər: “Orada milli adların sıxışdırılması prosesi təbii olaraq gedir. Biz sorğu apardıq və sorğu nəticəsində 100 azərbaycanlıdan 40-nın gürcü adı daşıdığı üzə çıxdı. Bu prosesinin qarşısını almağa çalışacağıq”. Z. Məmmədli qeyd edib ki, Borçalının elm ocağına çevrilməsi prosesinə başlamağın vaxtıdır: “Əgər borçalılılar yaxşı təhsil alandan sonra təhsili davam etdirmək üçün Azərbaycana və digər yerlərə gedirsə, bunun ciddi nəticəsi olmayacaq. Buna görə də intellektin məhz yerində yetişməsinə çalışmalıyıq”.

Z. Məmmədli aparılan işlərin müəyyən müsbət nəticələrinin də olduğunu qeyd edib. Onun sözlərinə görə, 2009-cu ilin əvvəlində Azərbaycan dilli məktəblərdə 27 min 442 şagird təhsil alırdısa, ilin sonunda onların sayı 33 min 111 nəfərə qədər artıb.

Cəmiyyət Novruz bayramı ilə bağlı Borçalıda böyük tədbirlər keçirməyi də planlaşdırıb. Tədbirlər Borçalının müxtəlif rayonlarında təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR