Bank Of Baku

Azərbaycanda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin bir illiyi qeyd olunub - FOTOSESSİYA

Azərbaycanda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin bir illiyi qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 18 mart 2010 08:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Azərbaycanda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətinin bir illiyi təntənəli surətdə qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri Ənvər Şeyxov deyib ki, bir əl ərzində humanitar sahədə müxtəlif tədbirlər keçirilib, gələcəkdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bir illik dövrün fəaliyyətə qiymət vermək üçün kiçik müddət olduğunu söyləyib. Bununla belə, mərkəzin bu müddət ərzində müəyyən təcrübə topladığını deyən səfir qarşıda gənclər, informasiya texnologiyaları və s. sahələrdə görüləcək böyük işlərin durduğunu vurğulayıb.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva isə Mərkəzin Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsi üçün böyük iş gördüyünü qeyd edib. Rus dilinin əsrlər boyu Azərbaycanda ünsiyyət dili olduğunu deyən nazir müavini, müstəqillik qazanılandan sonra Azərbaycanda rusdilli məktəblərin bağlanmadığını, bütün ali məktəblərdə, teatrlarda rus bölmələrinin, Rus Dram Teatrının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Təhsil Nazirliyinin şöbə müdiri Qulu Novruzov da təhsil sahəsində mərkəzlə nazirlik arasında yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləyib. “Bu əlaqələr siyasi və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir” deyən Q. Novruzov, rus dilinin intensiv öyrənilməsi üçün birgə layihənin həyata keçiriləcəyi barədə məlumat verib.

Tədbirin sonunda Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR