Bank Of Baku

Avstraliyada Azərbaycan və Türkiyə diasporları Novruz bayramını birlikdə qeyd ediblər

Avstraliyada Azərbaycan və Türkiyə diasporları Novruz bayramını birlikdə qeyd ediblər
# 21 mart 2010 11:57 (UTC +04:00)
Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türk Dayanışma Dərnəyində (Turkish House) təşkil olunan tədbirə Azərbaycan və Türk diasporlarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr və Avstraliya hakimiyyət orqanlarının rəsmi şəxsləri qatılıb.

Avstraliya, Azərbaycan və Türkiyənin dövlət himlərinin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər qismində Yeni Cənubi Uels (NSW) ştatı parlamentinin üzvi və yerli hakimiyyətlər naziri xanım Barbara Peri, parlamentin aşağı palatasının üzvi, yaşlılar və veteranlara xidmət naziri Pol Qerard Linç, Parramatta dairəsindən federal parlamentinin üzvi xanım Culi Ouens, Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamməddin Qasımov, türkdilli xalqların kompakt yaşadığı Obern (Auburn) bələdiyyəsinin sədr müavini İzzət Anmak, Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu, Türk Quruluşları Federasiyasının prezidenti Dursun Candəmir və Türkiyənin baş konsulu Renan Sekeroğlunun təmsilçisi Yusuf Yurt iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edən xanım B.Peri Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərlərə malik olduğunu və Avstraliyada da öz milli ənənələrini qoruyub yaşatdıqlarını deyib.

Xanım C. Ouens Avstraliyada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və türklərin yerli icmanın işində yaxında iştirak etdiyini qeyd edib.

Digər çıxış edənlər də bahar bayramı münasibəti ilə təbriklərini çatdıraraq, Novruz bayramının birliyi, həmrəyliyi və saflığı təcəssüm etdirdiyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR