Bank Of Baku

Bişkekdə “Orta Asiyada Barış İçində Birgə Yaşama Kültürü” mövzusunda beynəlxalq forum işə başlayıb

Bişkekdə “Orta Asiyada Barış İçində Birgə Yaşama Kültürü” mövzusunda beynəlxalq forum işə başlayıb
# 29 mart 2010 07:47 (UTC +04:00)
APA-nın məlumatına görə, “Dialoq Avrasya” Platformasının təşəbbüsü ilə gerçəkləşən forum Qırğızıstan Hökuməti Mədəniyyət Agentliyi, Beynəlxalq “Dialoq Avrasya” Platforması, Qırğızıstan “Dialoq Avrasya” Vəqfi tərəfindən təşkil olunub. Forumun məqsədi Orta Asiya regionunda ölkələr arasında sərhəd, gömrük və digər sahələrə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət imkanlarını araşdırmaq, Orta Asiya respublikaları arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirmək perspektivlərini müzakirə etmək, ölkələrin ərazi bütövlüyünün təmin olunması, millətlər arasında əlaqələri və dostluğu möhkəmləndirəcək mədəni əməkdaşlığın yollarını axtarmaq, təhsil sahəsində əməkdaşlığı genişləndirmək, terror təşkilatlarının, separatçı qruplaşmaların fəaliyyətinə qarşı birgə mübarizə aparmaq imkanlarının təhlili, media qurumları arasında əməkdaşlıq perspektivlərini dəyərləndirməkdir. Foruma Azərbaycandan da nümayəndə heyəti qatılıb. Heyətin tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Nizami Cəfərov, APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı, İTV xəbərlər və analitik proqramlar departamentinin rəhbəri Anar Yusifoğlu, “Xəzər” TV-nin icraçı direktoru Hüseyn Dinləməz, jurnalist Qulu Məhərrəmli, Qafqaz Universitetinin müəllimi Fərhad Mehdiyev, “Dialoq-Avrasya” Platformasının Azərbaycan nümayəndəliyinin koordinatoru Mustafa Saatçı və platformanın gənclər təşkilatının rəhbəri Anar Qaraxançallı daxildir. Forum öz işini sabah başa vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR