Bişkekdə “Orta Asiyada Barış İçində Birgə Yaşama Kültürü” adlı beynəlxalq forum keçirilir - FOTOSESSİYA
Tədbir başlamazdan öncə Qırğızıstan prezidenti Kurmanbek Bakiyev forum iştirakçılarını qəbul edib. Prezidentə “Dialoq Avrasya” Platformasının təsis etdiyi Çingiz Aytmatov ordeni təqdim edilib.
Forumun açılışında çıxım edən “Dialoq Avrasya” Platformasının hazırkı sədri Nurlan Orazalin platformanın fəaliyyətindən, keçirilən tədbirlərdən danışıb. O bildirib ki, platforma bölgə xalqlarının dostluq və sülh şəraitində yaşaması üçün səylərini davam etdirir.
Daha sonra Qırğızıstan Prezident Aparatının rəhbəri Kanıberk Coroyev Qırğızıstan prezidenti Kurmanbek Bakiyev adından forum iştirakçılarını salamlayıb, onun foruma məktubunu oxuyub. Məktubda DA-nın Avrasiyadakı ziyalıları, elm və mədəniyyət xadimlərini birləşdirən bir platforma olması, qloballaşma, bölgədə sülh və sabitliyin, anlaşmanın təmin olunması yönündəki fəaliyyəti təqdir olunub. Həmçinin böyük qırğız yazıçısı Çingiz Aytmatovun DA ilə bağlı fəaliyyəti xatırladılıb.
Forumda Azərbaycan nümayəndə heyəti adından Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov çıxış edib. Bişkekdə DA-nın çox geniş ənənələri olduğunu deyən millət vəkili Qafqazdakı münaqişələrin bir müddət səngiməsində Bişkekdə olan bir toplantının rol oynadığını xatırladıb.
N. Cəfərov DA Platformasının Azərbaycan bürosunun fəaliyyətindən danışıb, platformanın iki müddət başqanı seçilmiş yazıçı Anarın DA ilə bağlı fəaliyyətindən söz açıb.
N. Cəfərov Azərbaycanla Qırğızıstan arasında münasibətlərin dərinləşməsini önəmini vurğulayıb: “Biz bu platforma çərçivəsində birlikdə daha çox iş görə bilərik”.
Daha sonra Qırğızıstan parlamentinin deputatı Zaydeddin Kurbanov, Türkiyə millət vəkili İrfan Gündüz, DA-nın həmsədri Harun Tokak, Qırğızıstan Ruhaniyyət Vəqfinin sədr müavini Sardalı Subanaqiyev çıxış ediblər. Çıxışçılar DA-nın anlaşma və sabitlik yaranması, Avrasiya ziyalılarının birgə müzakirələr aparmasındakı rolundan danışıblar.
Daha sonra forum işini panellərdə davam etdirib. “Orta Asiya-Dialoq və Mədəniyyətlərin beşiyi” adlı paneldə Tacikistan prezidentinin müşaviri Nodir Odilov “Orta Asiya xalqlarının sülh içində yaşamalarının tarixi təməlləri” mövzusunda çıxış edib.
Qeyd edək ki, forumun məqsədi Orta Asiya regionunda ölkələr arasında sərhəd, gömrük və digər sahələrə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət imkanlarını araşdırmaq, Orta Asiya respublikaları arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı genişləndirmək perspektivlərini müzakirə etmək, ölkələrin ərazi bütövlüyünün təmin olunması, millətlər arasında əlaqələri və dostluğu möhkəmləndirəcək mədəni əməkdaşlığın yollarını axtarmaq, təhsil sahəsində əməkdaşlığı genişləndirmək, terror təşkilatlarının, separatçı qruplaşmaların fəaliyyətinə qarşı birgə mübarizə aparmaq imkanlarının təhlili, media qurumları arasında əməkdaşlıq perspektivlərini dəyərləndirməkdir.
Foruma Azərbaycandan da nümayəndə heyəti qatılıb. Heyətin tərkibinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, millət vəkili Nizami Cəfərov, APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı, İTV xəbərlər və analitik proqramlar departamentinin rəhbəri Anar Yusifoğlu, “Xəzər” TV-nin icraçı direktoru Hüseyn Dinləməz, jurnalist Qulu Məhərrəmli, Qafqaz Universitetinin müəllimi Fərhad Mehdiyev, “Dialoq-Avrasya” Platformasının Azərbaycan nümayəndəliyinin koordinatoru Mustafa Saatçı və platformanın gənclər təşkilatının rəhbəri Anar Qaraxançallı daxildir.
Qeyd edək ki, Azərbaycan heyəti dünən Bişkekdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun məzarını ziyarət edərək, repressiya qurbanlarına həsr olunmuş muzeyə baxıb. Heyət Çingiz Aytmatov adına türk liseyi, DA-nın Qırğızıstan ofisi ilə də tanış olub.
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb