Bank Of Baku

İsraildə “Regional münaqişələr və KİV-in rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək

İsraildə “Regional münaqişələr və KİV-in rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 29 mart 2010 15:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 4-dən 7-nə qədər İsraildə “Regional münaqişələr və KİV-in rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİz) prezidenti İosif Şaqalın APA-ya verdiyi məlumata görə, konfrans bu qurumun təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunacaq.

Konfransda Ermənistan-Azərbaycan, İsrail-Fələstin, Rusiya-Gürcüstan münaqişələri müzakirə olunacaq. Tədbirə Azərbaycan, İsrail, ABŞ, Rusiya, Gürcüstan və Almaniyadan olan jurnalistlər də qatılacaq.

İ. Şaqal əlavə edib ki, tədbir çərçivəsində mayın 6-da İsrailin Xabera şəhərində Heydər Əliyevin adını daşıyan parkda memorial lövhənin açılışı olacaq. Parkın özünün açılışı isə ilin sonunda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR