Bank Of Baku

Sankt-Peterburqda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

Sankt-Peterburqda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçiriləcək
# 29 mart 2010 16:25 (UTC +04:00)
Sankt-Peterburq-APA. Azərbaycanın Sankt-Peterburqda Baş Konsulluğu və Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyəti 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirməyi planlaşdırır. Konsulluqdan mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sankt-Peterburqda fəaliyyət göstərən YESOD Yəhudi Mədəniyyət Evində Sankt-Peterburq ictimaiyyətinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının müəllimləri, şəhərdə akkreditə olunmuş diplomatik missiya rəhbərləri, Azərbaycan diasporu üzvləri, tələbələrimiz və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda tarixin müxtəlif dövrlərində erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və XX əsrdə azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətlər və fəsadları barədə məlumat veriləcək.

Konfransda tanınmış rus yazıçısı, professor Yuriy Pompeyevin iştirakı ilə müəllifin şəxsi xatirələri əsasında yazılmış “Qarabağ gündəliyi” kitabının təqdimatı keçiriləcək. Cari ilin 1 mart tarixində Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində təqdim olunmuş kitab Heydər Əliyev Fondunun Rusiyadakı Nümayəndəliyinin rəhbəri, İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanıb.

Tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış abidələrin fotosərgisi, qədim dövrlərdən bu günədək Azərbaycan ərazilərini əks etdirən tarixi xəritələri və “Azərbaycanın Qarabağ regionunun mədəni irsi: dünəni və bu günü” sənədli filmi nümayiş ediləcəkdir. İştirakçılara tarixin faciəli səhifələri haqqında yazılmış kitablar və bukletlər təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR