Bank Of Baku

Azərbaycanlı Pol Muradın Nevada qubernatorunun müavini seçilmək şansı yüksək qiymətləndirilir - FOTO

Azərbaycanlı Pol Muradın Nevada qubernatorunun müavini seçilmək şansı yüksək qiymətləndirilir - <font color=red>FOTO  </font>
# 30 mart 2010 07:42 (UTC +04:00)
Bakı – APA. Milliyyətcə azərbaycanlı olan ABŞ vətəndaşı Pol Murad Demokrat Partiyasından Nevada ştatının qubernator müavini vəzifəsinə ən şansı namizəddir. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Demokrat Partiyası daxilində Nevada ştatının qubernatoru və qubernator müavini vəzifələrinə namizədlərin seçiləcəyi ilkin seçkidə P. Muradın şansı çox yüksək qiymətləndirilir. Partiya daxilində keçirilən sorğuda P. Murad 73%-lə birinci olub. “Las Vegas Review” qəzeti də P. Muradın şansının digər namizədlərlə müqayisədə yüksək olduğunu yazıb. Partiya daxilində ilkin seçki iyunun 8-də, Nevada qubernatoru və onun müavininin müəyyənləşəcəyi seçki isə noyabrda olacaq.

P. Murad ötən həftənin şənbə günü Nyu-Yorkda türk dərnəklərinin rəhbərləri ilə görüşüb. O, ştatda yeni iş yerləri yaratmaq üçün çalışacağını açıqlayıb. Orta təbəqəni təmsil etdiyini vurğulayan P. Murad 50-si beynəlxalq arenada, 50-si isə ABŞ daxilində fəaliyyət göstərən 100 böyük firmanı Nevadaya cəlb edəcəyini bildirib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü P. Murad 1991-ci ildə ABŞ-a köçüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR