Bank Of Baku

Litvada və Dubay Əmirliyində 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirilib

Litvada və Dubay Əmirliyində 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirilib
# 30 mart 2010 14:08 (UTC +04:00)
Bakı-APA. 31 mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra təbliğat tədbirləri keçirilir. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Litva azərbaycanlıları cəmiyyətinin və Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev bildirib ki, soyqırım həqiqətlərini daha dəqiq şəkildə və tarixi faktlara söykənən sənədlər əsasında Litva ictimaiyyətinə çatdırmaq, elmi, siyasi və bir sıra digər akademik dairələrdə, həmçinin müxtəlif ictimai, mədəni təşkilatlarda obyektiv rəylər yaratmaq məqsədilə AMEA-nın İnsan Hüquqları İnstitutunun hazırladığı “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) Litva dilinə tərcümə olunmuş hissələr və soyqırım faktlarını illüstrasiya edən görüntülər martın 26-da Litvanın populyar www.slaptai.lt internet saytında yerləşdirilib. Bu məqalədə əsasən keçən əsrin 90-cı illərində ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, terror və kütləvi qırğın faktları təqdim olunub. Həmin materiallar və görüntülər həmçinin Kaunas şəhərində litvaca nəşr edilən, əsasən xristian mədəniyyəti və din dəyərlərini yayımlayan “XXI amžius” („XXI əsr“) adlı qəzetin aprelin 2-də çıxacaq sayında da dərc olunacaq.
Sözügedən kitabdan bu ilin mart ayında Litva dilində nəşr edilən tərcümələr həmin ensiklopediya materiallarının bu ölkədə üçüncü təqdimatıdır.
Komitədən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti 31 Mart Azərbaycanlıların soyqırımının 92-ci ildönümü ilə bağlı tədbir keçirib. Bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri qatıldığı tədbirdə son yüz ildə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarsı törətdikləri soyqırımı hadisələrini özündə əks etdirən sənədli film göstərilib. Cəmiyyətin sədri Samir İmanov öz çıxışında ermənilərin ötən 200 ildə 1 milyondan artıq azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi barədə faktlar diqqətə çatdırıb. Tədbirdə iştirak edən yerli hakimiyyət təmsilçiləri və qonaqlar baş verən hadisələri bəşəriyyətə və insanlığa qarsı vəhşilik adlandırıblar. Tədbirdə erməni terrorunu əks etdirən fotosərgi də nümayiş olunub, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi müxtəlif dillərdə kitablar, video-disklər və bröşürlər paylanıb.
Martın 30-da isə “Azərbaycan” Cəmiyyəti adından Dubay Şeyxinin Aparatına, Birləşmiş Ərəb Əmirlikləri Parlamentinin sədrinə və İnsan Hüquqları Təşkilatına 31 Mart soyqırımı ilə bağlı müraciət göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR