Bank Of Baku

DAK Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirib

DAK Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirib
# 31 mart 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə DAK rəhbərliyi, tarixçilər, QHT nümayəndələri və tələbələr iştirak edib. Tədbirdə çıxış edən DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli bildirib ki, 1905-ci ildən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirməyə start veriblər. Onun sözlərinə görə, bu günə qədər ermənilərin ayrı-ayrı terror təşkilatları öz fəaliyyətlərini davam etdirir, cinayət əməlləri törədirlər. Ə. Amanbəyli ən dəhşətli qırğınlardan birinin də 1918-ci il martın 31-də baş verdiyini vurğulayıb.

DAK sədri Qulamrza Səbri Təbrizi isə bildirib ki, ermənilər heç nəyin üzərində dövlət qurmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. Buna qarşı Azərbaycanda lazımı cavabın verilmədiyini, effektli təbliğat aparılmadığını deyən Q. Təbrizinin sözlərinə görə, erməni cinayətləri dünyada lazımınca təbliğ olunmalıdır: “Ermənilər azərbaycanlıları bu torpaqlardan qovub öz dövlətlərinin ərazilərini genişləndirmək istəyir və bu məsələdə Moskva rəhbərliyi onları himayə edir. Ermənilər dünyanın ən vəhşi millətidir, amma beynəlxalq aləmə çıxanda quzu dərisi geyinirlər”. Q. Təbrizi şəhidlərin qisasının alınması üçün müxtəlif addımların atılmasını vacib sayıb.

Tədbirdə tarixçilər və gənclər də çıxış edərək mövzu barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR