Bank Of Baku

Hollandiyadakı həmyerlilərimiz Haaqada erməni abidəsinin ucaldılmasına qarşı imza kampaniyasına başlayıblar

Hollandiyadakı həmyerlilərimiz Haaqada erməni abidəsinin ucaldılmasına qarşı imza kampaniyasına başlayıblar
# 03 aprel 2010 05:24 (UTC +04:00)
Bakı-APA. Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi ermənilərin Haaqada ucaltmağı düşündükləri «soyqırım» abidəsinə qarşı imza kampaniyası başladıb.

APA-nın məlumatına görə, dərnək başqanı İlhan Aşkın, «Aprelin 20-də erməni təşkilatları Haaqada Türkiyə əleyhinə böyük bir mitinq keçirəcəklər və burada bir erməni abidəsinin ucaldılmasını tələb edəcəklər. Bunun xalqımıza çox pis təsir edəcəyini təşkilat olaraq indidən təxmin edirik» deyə bildirib.

İmza kampaniyasını abidənin ucaldılmasına «yox» demək və haqlı mübarizələrini anlada bilmək üçün başlatdıqlarını bildirən Aşkın, «Məqsədimiz haqlı olduğumuz mübarizədə haqsız duruma düşməmək və Hollandiya ictimaiyyətini ermənilərin «soyqırım» oyunlarını pozmaq üçün maarifləndirməkdir. İlk addım olaraq bu imza kampaniyasını başlatdıq. Kampaniya digər şəhərlərə də yayılacaq» deyə bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR