Bank Of Baku

Almaniyadakı azərbaycanlılar Ermənistanın Berlindəki səfirliyi önündə etiraz aksiyası keçiriblər - FOTOSESSİYA

Almaniyadakı azərbaycanlılar Ermənistanın Berlindəki səfirliyi önündə etiraz aksiyası keçiriblər - <font color=red>FOTOSESSİYA</font>
# 05 aprel 2010 10:20 (UTC +04:00)
Bakı – APA. Almaniyada fəaliyyət göstərən “Azərbaycan Evi” Cəmiyyəti, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və “Ocaq” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ermənistanın Almaniyadakı səfirliyi qarşısında piket keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, etiraz aksiyasında adı çəkilən təşkilatların fəalları, Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş azərbaycanlılar və vaxtilə Azərbaycanda yaşamış, indi Berlində məskunlaşan yəhudilər iştirak edib. Bir saat davam edən aksiyada piketçilər Azərbaycan bayraqlarını, müvafiq transparantları əllərində tutaraq səsgücləndiricilər vasitəsilə Azərbaycanın Dövlət Himnini oxuyub, Qarabağa aid şüarlar səsləndirib və “Çırpınırdı Qara dəniz” mahnısını ifa ediblər. Daha sonra 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım haqqında hazırlanmış müraciət meqafon vasitəsilə səsləndirilib. Müraciət Ermənistanın səfirliyinə təqdim edilib.
Tədbirin davamı olaraq Alman-Azərbaycan Həmrəylik Cəmiyyətinin ofisində anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov aksiyanın təşkilinə verdikləri dəstəyə və fəal iştiraklarına görə diaspora nümayəndələrinə minnətdarlığını bildirib, gələcəkdə keçiriləcək tədbirlərdə azərbaycanlıları daha fəal olmağa səsləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR