Bank Of Baku

Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə edilib - FOTO

Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə edilib - <font color=red>FOTO</font>
# 05 aprel 2010 12:33 (UTC +04:00)
Bakı-APA. Berlində, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Alman-Azərbaycan Forumu və Almaniyadakı diaspor birgə fəaliyyətinin gələcək perspektivləri” mövzusunda görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir AAKM və AAF-nun əməkdaşlığı nəticəsində təşkil edilib. Görüşdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Alman-Azərbaycan Forumunun sədri Otto Hauzer iştirak ediblər. AAKM-nin icraçı direktoru Samira Patzer - İsmayılovanın DİDK-ə verdiyi xəbərə görə, səfir P. Şahbazov öz çıxışında Almaniya-Azərbaycan münasibətləri, diaspor təşkilatlarının bu münasibətlərin inkişafına verdiyi töhfələr, Azərbaycan icmalarının bu istiqamətdə göstərdiyi fəaliyyət, bu fəaliyyətin daha da yüksək səviyyəyə qaldırılması zərurəti haqqında danışıb. Otto Hauzer isə Alman-Azərbaycan Forumunun fəaliyyəti, forumun diasporla bağlı işinin ümumi məqsədləri, gələcək layihələrin daha səmərəli koordinasiyası barədə fikirlərini bölüşüb. Sonra görüşdə iştirak edən cəmiyyət sədrləri diaspor təşkilatlarının fəaliyyəti, onlar arasında işbirliynin daha da təkmilləşdirilməsi və digər aktual mövzularla bağlı çıxış ediblər. Cəmiyyət rəhbərlərinin bir sıra məsələlərlə bağlı sualları cavablandırılıb, müzakirələrdə yeni ideyalar və fəaliyyət istiqamətləri araşdırılıb. Görüşdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya, Alman-Azərbaycan Forumunun sədr müavini Reza Talebi-Daryani, AAF-nun icraçı direktoru Parviz Yazdani, Berlin-Baki Rəsm Qalereyasının rəhbəri İbrahim Əhrari, rəssam Məsud Pənahi, Avropa Azərbaycanlılar Cəmiyyətinin direktoru Şahin Namati və digər diaspor fəalları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR