Bank Of Baku

Gürcüstan parlamentinə müraciət edən azərbaycanlılarının sayı azalıb

Gürcüstan parlamentinə müraciət edən azərbaycanlılarının sayı azalıb
# 09 aprel 2010 13:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Son vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılar parlamentə az müraciət edirlər. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında parlamentin deputatı Ramin Bayramov deyib. O, azərbaycanlıların parlamentə daxil olan müraciət və ərizələri ilə maraqlandığını və bu müraciətlərin sayının çox az olduğunu söyləyib: “Lakin məni daxil olan ərizələrin sayından çox orada qaldırılan məsələlərin keyfiyyəti və aktuallığı maraqlandırır. Soydaşlarımızın informasiyası çox azdır. Bəzən yazırlar ki, onların hüquqları pozulur. Lakin bu barədə aidiyyəti rəsmi qurumlara müraciət olunmur. Hüquq pozuntuları varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək hər bir Gürcüstan vətəndaşının hüququdur. Buna görə də soydaşlarımızın informasiya ilə təmin edilməsinə çalışmaq lazımdır”.

R. Bayramov hazırda Gürcüstanda dövlət dilini bilən azərbaycanlıların sayının az olduğunu, amma müəyyən müddət keçdikdən sonra dövlət dilini bilənlərin çoxalacağını bildirib: “Bu gün ali məktəblərə azərbaycanlı gənclərin qəbulu artıb. Milli azlıqların ali məktəblərə qəbulu barədə Gürcüstan prezidentinin təşəbbüsü alqışlanmalıdır. Qəbulun asanlaşması üçün xüsusi kvota qəbul edilib. Xüsusi güzəştlərlə ali məktəblərə qəbul olunan gənclər bir il gürcü dilini öyrənəcəklər. Qəbuldan bir il keçdikdən sonra əlaçı oxuyan tələbələr qrant alacaqlar. Bunu çoxları bilmir”.

Millət vəkili artıq gürcü cəmiyyətinə inteqrasiyanın sürətləndiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR