Bank Of Baku

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Qubadakı soyqırımı məzarlığında gördüklərindən şoka düşərək huşunu itirib

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Qubadakı soyqırımı məzarlığında gördüklərindən şoka düşərək huşunu itirib
# 09 aprel 2010 14:57 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, burada ona ermənilərin 1918-ci ildə Qubada törətdiyi qırğınlar barəsində ətraflı məlumat verilib. Rusiyalı alim soyqırımı məzarlığında gördüyü xüsusi amansızlıq və işgəncə ilə öldürülən insanların skeletlərindən dəhşətə gəlib. O, insan sümüklərinə baxarkən “Mən daha bacarmıram, baxa bilmirəm” deyərək şok vəziyyətinə düşüb. Bu zaman alimin huşunu itirdiyi də bildirilir.

Qeyd edək ki. J. İ. Alferov Qubadakı xalça istehsalı müəssisəsində və Qubanın müxtəlif görməli yerlərində də olub.

Səfər qeyri-rəsmi olduğundan mətbuat nümayəndələri əraziyə buraxılmayıb. Səfər zamanı rusiyalı alimi Quba və ətraf rayonların rəsmi şəxsləri müşayiət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR